AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət nazirliyində yeni təyinat

  • + A
  • - A
  • 28-05-2024, 22:47

    Mədəniyyət nazirliyində yeni təyinat

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yeni vəzifəyə təyin olunub.

    Azadmedia.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən o nazirliyin Aparatının rəhbəri təyin olunub.

    Qeyd edək ki, Abbasbəyli Mustafa Aslan oğlu 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.

    1996 - 2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində, “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 2000 - 2001-ci illərdə isə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində “Türk dili”, 2001 - 2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində “Xüsusi hüquq” ixtisası üzrə magistr təhsili alıb.

    2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

    Bundan əlavə, 2012 - 2016-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Elmlər doktoru proqramını bitirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR