Azərbaycanın işğaldan azad edilən Xankəndisinin ilk sakinləri Qarabağ Universitetinin tələbə və müəllimləri olacaq. Bunu prezident İlham Əliyev dünən Xocalıya qayıdan ilk məcburi köçkünlərlə görüşündə deyib.
“<…> Xankəndinə köçürülmə sentyabrda başlayacaq. Tələbələr və onların müəllimləri ilk köç edənlər olacaq. Qarabağ Universiteti fəaliyyətə başlayır. Ona görə də bir tərəfdə Xankəndi, o biri tərəfdə Ağdam olacaq və gələn ildən insanlar Ağdam şəhərinə qayıtmağa başlayacaqlar”, - deyə İlham Əliyev bildirib.
Daha əvvəl məlumat verilmişdi ki, ilk mərhələdə Qarabağ Universitetində 24 ixtisas üzrə 1000-ə yaxın tələbə təhsil alacaq. Dərslər sentyabrın 15-də başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.