AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Müharibədən zərərçəkənlərə psixoloji dəstək” adlı layihənin icrasına başlayıb

  • + A
  • - A
  • 5-06-2024, 16:36

    “Müharibədən zərərçəkənlərə psixoloji dəstək” adlı layihənin icrasına başlayıb


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyi 01.06.2024-cü il tarixində “Müharibədən zərərçəkənlərə psixoloji dəstək” adlı layihənin icrasına başlayıb.

    QHT.az xəbər verir ki, “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, layihənin məqsədi müharibədən zərər çəkən vətəndaşlara psixoloji dəstək vermək üçün tədbirlərin təşkilindən ibarətdir.

    Layihə Qarabağ müharibəsindən əziyyət çəkən Bərdə və Tərtər rayonlarını əhatə edəcək. Hədəf qrupları Tərtər və Bərdə rayonlarıda 16-70 yaş arası əhali qrupudur (şəhid ailələri, qazilər, veteranlar, ermənilər tərəfindən Bərdəyə raket atilan zaman zərər çəkmiş insanlar).

    Qeyd edək ki, layihə 3 ay müddətində Bərdə və Tərtər rayonlarında həyata keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR