AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənclər maarifləndirici tədbirdən razı qaldıqlarını bildiriblər - FOTOLAR

  • + A
  • - A
  • 5-06-2024, 18:29

    Gənclər maarifləndirici tədbirdən razı qaldıqlarını bildiriblər - FOTOLAR


    [b]Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Vətəndaş həmrəyliyinin gücləndirilməsi” layihəsi çərçivəsində Balakən rayonunun İtitala kənd tam orta məktəbində keçirilən dəyirmi masanı giriş sözü ilə açan İctimai Birliyin sədri və layihənin rəhbəri Elmira Mehdiyevanın təklifi ilə ilk öncə 44 günlük Vətən müharibəsində şəhid olan oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.[/b]

    QHT.az xəbər verir ki, layihənin rəhbəri Elmira Mehdiyeva iştirakçıları layihənin məqsəd və məramı ilə ətraflı tanış etdi. O daha sonra bildirdi ki, milli və mənəvi dəyərlərimizin qorunmasına, gəncliyimizin milli dəyərlər ruhunda yetişdirilməsinə, ideoloji təxribatlarının qarşısının alınmasına qazandığımız böyük qələbədən sonra daha çox ehtiyac vardır. Bu, bütövlükdə cəmiyyətin üzərində köklənməli olduğu bir məsələdir. Ona görə İctimai Birliyimiz də bu vəzifəni üzərinə götürərək üç rayonda Zaqatala, Qax və Balakən rayonlarında maarifləndirici tədbirlər həyata keçirir.

    Layihənin eksperti İbrahim İbrahimov öz çıxışına Prezident İlham Əliyevin 14 fevral tarixində keçirilən andiçmə mərasimində dediyi sözlərlə başlayır:” İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə, burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”. Bəli, milli və mənəvi dəyərlərimizin qorunmasına, gəncliyimizin milli dəyərlər ruhunda yetişdirilməsinə hər zaman ehtiyac vardır. İdeoloji təxribatların qarşısını almağı bacarmalıyıq. Dəyərlər üzərində cəmiyyətin dəstəyi zəifləməməlidir. Belə dəyirmi masalarda edilən söhbətlər dəyərlərimizin itirilməsinin qarşısını alan vasitələrdən biridir. Biz bu dəyərləri hər zaman gənclərimizə xatırlatmalı və o dəyərləri milli kimliyimizin ifadəsi kimi gələcək nəsillərə ötürməyi bacarmalıyıq.

    İtitala kənd tam orta məktəbin direktoru Məhəmməd Mustafayev bildirib ki, məktəbdə şagirdlərin milli mənəvi dəyərlər əsasında təriyə edilməsinə ciddi fikir verilir. Belə layihələrin də bu sahədə əhəmiyyti böyükdür. 44 günlük müharibədə bizim kəndimizdən 44 gənc vətəni qorumağa getdi. Onlar bu məktəbin məzunları idilər. Həmin döyüşlərdə kəndimizin bir şəhidi, 3 qazisi olub. Birinci Qarabağ savaşında da kəndimizin 4 şəhidi olub. Bu şəhidlərin ruhu hər zaman əziz tutulur, onların keçdikləri döyüş yolu məktəblilərə öyrədilir. Şəhidlərimiz vətənpərvərliyin ən böyük nümunəsidir.

    Tədbirdə çıxış edən məktəbin şagirdlərindən Oskar Əliyev deyir: "Vətən müharibəsi başlayanda mən 8-ci sinifdə oxuyurdum. İndi 11-ci sinifdə oxuyuram, çalışacağam ki, vətənə layiq övlad olum." Fatimat Mamedova isə deyir: "Mən müharibə başlayanda 5-ci sinifdə oxuyurdum. Biz əsgərlərə dəstək olma üçün 'Əsgərə məktub' kompaniyasına qoşulduq. Əsgərləri öz məktublarımızla qələbəyə çağırdıq, onları ruhlandırdıq. Bu ən gözəl həmrəylik idi." Asya Göndəlova isə bildirir ki: "Mən 'Qarabağ abidələri məktəblilərin gözü ilə' inşa müsabiqəsində iştirak etmişəm və qalib olmuşam. Qarabağı görməsəm də oradakı tarixi abidələrin mənfur ermənilər tərəfindən nə günə salındığını bilirdim. Bütün Azərbaycanın birliyi bizi bu bəladan qurtardı."

    Çıxış edənlərdən Abid Ramazanov, Hənifə Xalayeva, Mariya Mollayeva də bu fikirlərlə razı olduqlarını vurğulamaqla yanaşı milli həmrəyliyin danılmaz gücünün bariz nümunəsi olan qələbəmizdən, işğaldan azad olunmuş torpaqlarımızda gedən abadlıq, quruculuq işlərinin hər kəsdə necə xoş təəssürat yaratmasından danışırlar.

    Məktəbin müəllimi Sevil Qurbanovanın da fikirləri maraqlı idi. O deyir: "Milli dəyərlər cəmiyyətdə, fərdlər arasında ortaq duyğu, düşüncə, məqsəd və davranış birliyini meydana gətirən bir faktordur. Bu dəyərlər cəmiyyət tərəfindən dəstəkləndiyi, yaşadıldığı və inkişaf etdirilərək yeni nəsillərə nəql olunduğu zaman birləşdirici xüsusiyyətini mühafizə edir. Məktəbimizin hər bir müəllimi öz işini bax bu dəyərlər üzərində qurur." Hər kəs dəyirmi masadan, burada gedən müzakirələrdən xoş təəssürat aldığını və bu kimi maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayır.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR