SOCAR-ın “Azəriqaz” İB rəhbərliyinin Şamaxı rayonunda vətəndaş qəbulu keçiriləcək. 13 iyun saat 12:00-da YAP-ın inzibati binasında baş tutacaq görüş zamanı Şamaxı və Qobustan rayonlarının sakinlərinin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050-845-99-61; 050-845-97-60) müraciət edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.