AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BSU-da media nümayəndələri imtahan sessiyasını izlədi

  • + A
  • - A
  • 12-06-2024, 14:08

    BSU-da media nümayəndələri imtahan sessiyasını izlədi

    Bakı Slavyan Universiteti (BSU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının müşahidə edilməsi məqsədilə media nümayəndələri üçün “Açıq qapı” günü təşkil etdi

    Media təmsilçiləri ilk olaraq BSU-nun rektoru Anar Nağıyevlə görüşdü. Rektor Anar Nağıyev jurnalistlərə rəhbərlik etdiyi ali təhsil müəssisəsində iyunun 3-də başlanan imtahan sessiyası barədə geniş məlumat verdi və qeyd etdi ki, BSU-da 5008 tələbə rəhsil alır.
    Bildirildi ki BSU-da 2 şöbə fəaliyyət göstərir - Magistratura və
    Əlavə təhsil. Əcnəbi tələbələrin sayı 124 nəfər təşkil edir.
    Sonra media təmsilçiləri universitetin məsul şəxslərinin müşayiəti ilə Filologiya, Xarici dil müəllimliyi, Təhsil, Şərqi Avropa dilləri, Qərbi Avropa dilləri və Sosial elmlər fakültələrində imtahan sessiyasının gedişini izlədi və həmçinin tələbələrin imtahan nəticələrinin yoxlanılması prosesi ilə tanış oldular.

    Bildirildi ki, BSU-da 15 ixtisas üzrə 752 imtahan keçiriləcək. Ümumilikdə 3548 tələbə imtahan verəcək. İmtahanlar mərkəzləşdirilmiş qaydada bütün ixtisaslar və tədris illəri üzrə imtahan zalında təşkil olunur. İmtahanlar 3 növbəli şəkildə keçirilir və 2 saat 15 dəqiqə davam edir. İmtahan zalının tutumu 480 nəfərdir
    İmtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkilini, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə komissiya yaradılıb.
    Qeyd edək ki, Azadmedia.az saytının Baş redaktoru da media-turda imtahan gedişini izləyib.
    BSU-da imtahanlar iyulun 5-dək davam edəcək.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR