Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimləri keçirilir
.
Təlimlər İRİA və AİKTSA-nın birgə təşkilatçılığı ilə “Technest” təqaüd proqramı çərçivəsində baş tutub və müxtəlif media qurumlarından olan 40-a yaxın jurnalist cəlb olunub.
İRİA-nın nümayəndələri də təlimdə çıxış edərək ekosistemdə və rəqəmsal mühitdə ən yeni çağırışlar, tendensiyalarla bağlı təqdimat ediblər.
Layihənin əsas məqsədi jurnalistlərin İKT üzrə təhlil və analiz bacarıqlarını daha da inkişaf etdirməkdən ibarətdir. 2 ay davam edən əyani və praktiki dərslərin sonunda sertifikat da təqdim olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.