13 iyunda Ədliyyə Nazirliyində növbəti kadr islahatı olub. Ədliyyə naziri Fərid Əhmədovun əmri ilə Qabil Əliyev İcra xidmətinin rəis müavini vəzifəsindən kənarlaşdırılaraq sərəncama göndərilib. Azadmedia.az-a daxil olan məlumata görə Qabil Əliyev millət vəkili Bəxtiyar Əliyevin qardaşıdır. Qabil Əliyev 2020-ci ildən ədliyyə orqanlarında işləyirdi. Daha əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə işləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.