AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihənin ilk tədbiri keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 20-06-2024, 15:16

    "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihənin ilk tədbiri keçirilib - FOTOLAR


    14 iyun tarixində “Sağlamlığa Xidmət” İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihəsinin ilk tədbirini Sumqayıt şəhər Vərəm Xəstəxanasında keçirilib.

    QQHT.az xəbər verir ki, icra olunan layihənin əsas məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vərəm xəstələrini, onların ailə üzvlərini, kontaktlarını məlumatlandırmaq və vərəmin erkən aşkarlanmasına dəstək göstərməkdir. Tədbirdə "Sağlamlığa Xidmət" İctimai Birliyinin direktoru Elçin Muxtarlı, direktor müavini, layihə rəhbəri Samirə Muxtarova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin koordinatoru, Vərəm əleyhinə QHT Koalisiyasının üzvü Mətanət Qaraxanova,"İnkişafa Doğru Qadın Təşəbbüsü İctimai Birliyi” İctinai Birliyini sədri, Vərəm əleyhinə QHT Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzvü Ziba Nəbiyeva, “Sağlamlığa Xidmət” İB-nin texniki işçisi Abbas Məmmədov iştirak ediblər.

    Tədbirdə açılış nitqi ilə çıxış edən Sumqayıt şəhər Vərəm Xəstəxanasının baş həkimi Asif Quliyev vərəmlə bağlı maarifləndirmə təşəbbüsünü təqdirəlayiq hesab etdiyini və regionlarda infeksion xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsinin çox vacib olduğunu vurğulayaraq, tədbiri açıq elan etdi. Daha sonra “Sağlamlığa Xidmət” İB-in direktoru, Elçin Muxtarlı vərəmlə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST-ün) son məlumatlarını və tövsiyyələrini iştirakşıların diqqətinə çatdırdı.

    Layihə rəhbəri Samirə Muxtarova tədbirin təşkil olunmasında böyük dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan TƏBİB- in rəhbərliyinə, əməkdaşlarına, xüsusilə, Fərid İsrafilzadəyə, Sumqayıt şəhər İcra hakimiyyətinin rəhbərliyinə və nümayəndə heyətinə, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanova, direktor müavini Ramin Qasımova, Sumqayıt şəhər Vərəm Xəstəxanasının baş həkimi Asif Quliyevə və bütün tibb personalına minnətdarlığını bildirdi. Layihə rəhbəri Samirə Muxtarova təqdimat vasitəsilə iştirakçılara vərəm xəstəliyi barəsində geniş məlumat verərək, xəstəliyin profilaktikası, onun yoluxma yolları, erkən aşkarlanmanın əhəmiyyəti, vərəmin diaqnostikası və müalicəsində ÜST-ün ən son yeniliklərilə bağlı çıxış etdi. Onu da qeyd etdi ki, xəstəlik nə qədər erkən aşkar olunub, tam kompleks müalicə edilərsə, effektivliyi bir o qədər yüksək olar. Düzgün müalicə olunmadıqda isə, asan sağala bilən dərmana həssas vərəm forması çətin sağala bilən dərmana davamlı vərəm formasına çevrilir. Həmçinin vərəmlə bağlı məlumatlandırıcı sosial videoçarx nümayış olundu.

    Psixoloq Mətanət Qaraxanova Psixi sağlamlıq və İlk Psixoloji Yardım mövzusunda vərəmin təsirinə məruz qalmış şəxsləri məlumatlandırdı və Psixoloji yardımın vacıbliyini vurğuladı.

    Hepatit, İİV/QİÇS, xəstəlikləri barəsində Ziba Nəbiyeva təqdimatla çıxış edərək, viruslu hepatitlər, onların yoluxma yolları və qorunma qaydaları haqqında məlumat verdi. Daha sonra məlumatlandırıcı sosial videoçarx nümayiş olundu.

    İştirakçılara vərəm xəstəliyi barədə maarifləndirici bukletlər paylanıldı. Layihənin icrası zamanı layihənin viziuallığını və əhəmiyyətliyini təmin etmək məqsədi ilə banerdən istifadə edildi. "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihəsinin ilk tədbirində 40 nəfər şəxsin məlumatlandırılması təşkil olundu. Vərəmlə mübarizə sahəsində göstərdiyi fədakar xidmətinə və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığına görə Sumqayıt şəhər Vərəm Xəstəxanasının baş həkimi Asif Quliyev "Sağlamlığa Xidmət" İctimai Birlik tərəfindən Təşəkkürnamə ilə təltif olundu.

    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Qeyd edim ki, növbəti tədbirlər Şirvan, Salyan, Masallı, Sabirabad və Ağcabədi rayonlarında keçiriləcək.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR