AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı polisi peşə bayramını belə qeyd etdi – VİDEO/FOTOLAR

  • + A
  • - A
  • 2-07-2024, 21:03

    Masallı polisi peşə bayramını belə qeyd etdi – VİDEO/FOTOLAR

    Azərbaycan Polisinin yaranmasından 106 il ötür.

    Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

    Daxili İşlər Nazirliyinin ayrılmaz hissəsi olan Masallı polisi peşə bayramını özünəməxsus qeyd edib.

    Bayram tədbiri Masallı Rayon Polis Şöbəsinin həyətində polislərin sıra düzümü ilə başladı. RPŞ-nin Xidmət üzrə rəis müavini Elşən Talıbov şəxsi heyətin Azərbaycan Polisinin yaradılmasının 106-ci ildönümü münasibəti ilə düzüldüyü barədə şöbənin rəisi polis polkovniki Azay Ağayevə məruzə etdi. Polis rəisi Daxili İşlər Naziri Vilayət Eyvazovun təbrik məktubunu oxuyaraq, şəxsi heyəti təbrik etdi.

    Sonra Masallı Rayon Polis Şöbəsinin əməkdaşları bayram tədbirinə təşrif buyurmuş qonaqlarla birlikdə Ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla ziyarət edərək, önünə gül dəstələri düzdülər.

    Heydər Əliyev Mərkəzində keçirilən tədbir Ulu öndər Heydər Əliyev və Azərbaycan şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutu və Dövlət himninin səsləndirilməsi ilə başladı.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək Azərbaycan Polisinin yaranma tarixindən danışdı. İcra başçısı qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, polis orqanlarında da köklü islahatlar həyata keçirilib. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

    Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev geniş məruzə ilə çıxış edərək bildirdi ki, Daxili İşlər Naziri Vilayət Eyvazovun düzgün kadr islahatları, polis işçilərinə qayğısı bu peşəyə gənclərin sevgisini artırmaqdadır.
    Çıxış edən yerli hüquq mühafizə orqanlarının rəhbərləri, veteran polislər, şəhid valideynləri peşə sahiblərini təbrik ediblər

    Tədbirdə polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup işçisinə Masallı Rayon Polis Şöbəsinin Diplom və Fəxri fərmanları təqdim edildi.

    Daha sonra çay süfrəsi arxasında Masallının veteran polisləri ilə görüş keçirildi. Səmimi keçən görüşdə çıxış edən veteranlar öz xatirələrini bölüşüb, fədakar fəaliyyətlərindən söz açdılar. Onlar peşə bayramlarında yad edildikləri, unudulmadıqları üçün Masallı RPŞ-nin rəisi Azay Ağayevə təşəkkür etdilər. Polis Şöbəsi tərəfindən veteranlara hədiyyələr verildi.//Azadmedia.az

































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR