Prezident telefon zənglərinə cavab verməyən səfiri işdən qovdu
Şri-Lankanın prezidenti Maytripala Sirisena ölkənin Avstriyadakı səfirini və 6 səfirlik əməkdaşını vəzifəsindən qovub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb səfirin onun telefon zənglərinə cavab verməməsi olub. Sirisena səfirliyin Vyanadakı ofisinə saatlarla zəng etsə də, dəstəyi götürən olmayıb.
Bu hadisədən sonra o, səfirlə birlikdə 6 işçini vəzifəsindən kənarlaşdırıb. Prezident bunun digər səfirliklərə “dərs olacağı”na ümid etdiyini deyib.