AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oyananda atam yaşında kişinin yatağında idim və 17 nəfər məni zorlamışdı”

  • + A
  • - A
  • 25-09-2018, 09:47

    Oyananda atam yaşında kişinin yatağında idim və 17 nəfər məni zorlamışdı”














    Türkiyədə PKK terrorçuları tərəfindən oğurlanaraq təşkilata cəlb edilən və başına min cür oyun gətirilən uşaqlar Kandildən qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olublar. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, terrorçuların məskəni olan Kandildən qaçaraq ölkənin rəsmi qüvvələrinə təslim olan 18 yaşdan kiçik təşkilat üzvlərinin verdiyi ifadələrdən ibarət məruzə PKK-nın müdhiş üzünü ortaya çıxarıb.

    Türkiyə, Suriya və İran əsilli 12-16 yaş arasında olan uşaqlar Kandilə aparıldıqdan sonra başlarına gələn dəhşətli hadisələri danışıblar. 12 yaşlı Van sakini Cihan V. deyib: “2016-cı ildə qonşumuzun oğlu olan Ferhat G. ilə internet kafedə oyun oynayıb evə qayıdarkən küçəmizin başında dayanan qara maşındakı adamlar “ünvan soruşacağıq” deyə bizi yanlarına çağırdılar. Onlara yaxınlaşanda maşındakılar aşağı düşüb ağzımızı qapayaraq bizi zorla maşına mindirdilər. Bir saatlıq yol gedəndən sonra bizi bir mağarada düşürdülər. Gecəni orada keçirdik. Səhər tezdən bizi, sonradan adının Hakurk olduğunu öyrəndiyimiz düşərgəyə apardılar. Orada 8 gün qalandan sonra Kandilə köçürdülər”.

    Cihan V.-nin sözlərinə görə, aparıldığı mağara onunla yaşıd olan qız və oğlan uşaqları ilə dolu olub: “Olduğum mağara ağlayan, bağıran, özünü yerdən-yerə vuran, dəymiş zərbədən inildəyən, yarılmış başından qan fışqıran, üzləri öz qanına boyanan uşaqlarla dolu idi. Bir kişi qışqıra-qışqıra əlindəki qamçı ilə uşaqların harasına gəldi vurur, “buradan ancaq meyitiniz çıxacaq” deyə bağırırdı. Üç gün ərzində “mədəniz balacalaşmalıdır” deyərək hərəmizə cəmi 2 stəkan su verdilər. İki il ərzində atdığım hər addımda, aldığım hər nəfəsdə oradan qaçmağın yollarını axtardım. Bunun üçün əvvəlcə onların etibarını qazanmağımın lazım gəldiyini öyrəndim. Nəhayət, dörd gün ərzində dağlarda gizlənə-gizlənə, quru çörəyi suya batırıb yeyərək sərhədə gəlib çatdım və təslim oldum”.

    On beş yaşlı Bitlis sakini L.H.- adlı yeniyetmə qızın dedikləri daha dəhşətlidir: “Məktəb ləvazımatları almaq üçün kənddən rayon mərkəzinə getmişdim. İki qadın mənə yaxınlaşaraq dedilər ki, bizim kəndə müəllim kimi təyinat alıblar. Təklif etdilər ki, onlarla birlikdə kəndimizə qayıdım və onlara yolu göstərim. Birlikdə mindiyimiz maşında mənə meyvə şirəsi təklif etdilər. Gözümü açanda əlləri slahlı, hamısı eyni uniformada olan adamların ortasında idim”.

    “Dördüncü gün səhər atam yaşında bir kişinin yatağında oyananda mən artıq əvvəlki Leyla deyildim. Bir il ərzində o heyvan da daxil olmaqla, 17 kişinin təcavüzünə məruz qaldım. Üç dəfə özümü öldürməyə hazırlaşsam da, sonra “başıma gələnləri mütləq kiməsə deməliyəm” fikri ilə intihar qərarından daşınmışam” — L.H danışıb.

    Muş sakini Mustafa K. isə 16 yaşındadır. O, Kandildəki PKK düşərgəsinə öz istəyi ilə gedib. Başına gələnləri belə anladıb: “Zeytunburnunda fəhləlik edərkən həmyaşıdlarım olan Vartolu Berfin, Hüseyn və Ahmetlə birlikdə öz istəyimizlə Hakkaridəki HDP binasına gəldik. Buradakıların vasitəçiliyi ilə Kandil Zap bölgəsinə göndərildik. Başımıza gələnlər sanki bir film ssenarisi idi. Terrorçulara qoşulandan 1 ay sonra Berfin, 4 ay sonra da Ahmet dözməyərək silahla intihar etdi. Terrorçuların düşərgəsində olduğum 2 il ərzində onlarla intiharın və edamın şahidi oldum. Kandilin hər qarışında kürd gənclərin, kürd uşaqların sümükləri var. Cəhənnəmi görmək istəyən Kandilə gedə bilər. Kandil cəhənnəmin mərkəzidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR