AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda 45 yaşdan sonra evlənənlərin — STATİSTİKASI

  • + A
  • - A
  • 27-07-2017, 10:27

    Azərbaycanda 45 yaşdan sonra evlənənlərin — STATİSTİKASI















    Azərbaycanda 45 yaşdan sonra subay kimi ilk dəfə nikaha daxil olan kişilərin sayı qadınlarla müqayisədə daha çoxdur.

    "Ölkə.Az" xəbər verir ki, Trend-in statistik göstəricilərə istinadən apardığı araşdırmaya görə, bu fərq daha çox yaşı 60-dan yuxarı olan qadın və kişilər arasında özünü göstərib.

    Ötən il yaşı 60-dan çox olan 639 kişi evləndiyi halda, cəmi 141 qadın ailə həyatı qurub.

    Ümumilikdə 2016-cı ildə Azərbaycanda 45-49 yaş arasında olan 1093 kişi, 50-59 yaş arasında 1167 kişi, 60 və yuxarı yaşda olan 639 kişi nikah bağlayıb.

    Ötən il 45-49 yaş arasında nikaha daxil olan qadınların sayı 666, 50-59 yaşda nikaha daxil olanların sayı 698, 60 və yuxarı yaşda ailə quran qadınların sayı 141 nəfər olub.

    2016-cı ildə Azərbaycanda 45-49 yaş arasında evlənən kişilərin 607-i, 50-59 yaş arasında evlənən kişilərin 418-i, 60 və yuxarı yaşda evlənən kişilərin olan kişilərin 174-ü heç vaxt nikahda olmayıb.

    2016-cı ildə ölkədə 45-49 yaşda ailə quran qadınların 499-u, 50-59 yaşda ailə quran qadınların 453-ü, 60 və yuxarı yaşda ailə quran qadınların 60-ı heç vaxt nikahda olmayıb.

    Keçən il 45-49 və 60 yaşdan sonra subay olaraq ilk dəfə nikaha daxil olan kişilərin sayı qadınları üstələsə də, 50-59 yaş arasında subay kimi ailə quran qadınların sayı kişilərin sayından çox olub.

    Azərbaycanın şəhərlərində 45 yaşdan sonra evlənən, eyni zamanda subay olaraq ailə həyatı quran kişilərin sayı kənd yerləri ilə müqayisədə daha çoxdur.

    2016-cı ildə şəhərlərdə 45-49 yaşda nikaha daxil olan 649 nəfər kişinin 314-ü, 50-59 yaşda nikah bağlayan 770 kişinin 258-i, 60 və yuxarı yaşda nikah bağlayan 422 nəfər kişinin 96 nəfəri heç vaxt nikahda olmayıb.

    Şəhər yerlərində 45-49 yaşda nikaha daxil olan 408 qadının 287-i, 50-59 yaşda nikaha daxil olan 477 qadının 277-i, 60 və yuxarı yaşda nikaha daxil olan 111 qadının 39-u heç zaman nikahda olmayıb.

    Kənd yerlərində 45-49 yaşda nikaha daxil olan 444 kişinin 293-ü , 50-59 yaşda nikah bağlayan 397 kişinin 160-ı, 60 və yuxarı yaşda nikah bağlayan 217 kişinin 78 nəfəri ilk dəfə nikahda olub.
    Kənd yerlərində 45-49 yaşda nikaha daxil olan 258 qadının 212-i , 50-59 yaşda nikah bağlayan 221 qadının 176-sı, 60 və yuxarı yaşda nikah bağlayan 30 qadının nəfəri heç vaxt nikahda olmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR