AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Fransanı ya mən idarə edəcəm, ya da Merkel” - Qalmaqallı çəkişmə

  • + A
  • - A
  • 4-05-2017, 13:15

    “Fransanı ya mən idarə edəcəm, ya da Merkel” - Qalmaqallı çəkişmə
















    Fransada prezidentliyə namizədlər – “İrəli” hərəkatının lideri Emmanuel Makron və “Milli cəbhə” partiyasının lideri Marin Le Pen arasında son teledebat baş tutub.

    “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərin ikinci turuna üç gün qalmış keçirilən son debatda sorğunun nəticələrinə görə, Makron qalib hesab edilib.

    Dialoqun böyük bir hissəsi qalmaqallarla yadda qalıb. Le Penin “Fransanı bundan sonra yüz faiz qadın idarə edəcək. Bu şəxs ya mən olacam, ya da Merkel” deməsi debatın ən yadda qalan ifadəsi olub:

    "Fransada yaşayan 11 min təhlükəli cinayətkar var. Bunların vətəndaşlıqlarını ləğv edib ölkədən çıxardacağam. Sərhədləri dərhal bağlayacağam. Fransada sələfi məscidləri bağlanacaq. Hər il AB-yə ödənən 6 milyard avronu geri istəyəcəyəm. Bu sistem dəyişməlidir. Ölkədə 40 il çalışan hər kəs 60 yaşında təqaüdə çıxacaq”.

    Makron isə tez-tez ittiham olunmasına etiraz edib: “Sürətli məni ittiham etməyin. Son 15 ildə edilənlərə görə məni məsul tutursunuz. Mən prezident postunda deyildim. Mənim üçün ön planda ölkədə təhlükəsizliyi təmin etmək, terrorun qarşısını almaqdır. Hər kəsi sizin kimi 60 yaşında təqaüdə çıxara bilmərik. Mümkün deyil”.

    Xatırladaq ki, prezident seçkilərinin ilk turu aprelin 23-də baş tutmuşdu. Makron 24,01 faiz, Le Pen isə 21,3 faiz səs toplamışdı. İkinci tur mayın 7-də keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR