Banqladeşdəki iğtişaşların iştirakçıları son bir gündə iki parlament deputatı və keçmiş Baş nazir Şeyx Hasinanın partiyasının 100-dən çox siyasətçi və fəalının evlərini yandırıb və ya dağıdıblar.
Bu barədə “Qafqazinfo” “Daily Observer” portalına istinadən xəbər verir.
Yandırılmış evlərin yerində 6 nəfərin cəsədi aşkarlanıb.
Xatırladaq ki, avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina etirazlar fonunda istefa verib. O, ölkəni tərk edərək Hindistana qaçıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.