Floridada "Milton" qasırğası nəticəsində ölənlərin sayı azı 16 nəfərə çatıb.
Bu barədə "CBS News" amerikalı rəsmilərə istinadən məlumat yayıb.
"Milton" qasırğası Saffir-Simpson şkalası üzrə 3-cü kateqoriyaya çatıb. Fırtınadan əvvəl bir neçə tornado ştatdan keçərək əlavə ziyana səbəb olub.
Qeyd olunur ki, təbii fəlakət qurbanları üçün nəzərdə tutulmuş müvəqqəti sığınacaqlarda sıxlıq müşahidə olunur, mehmanxana otaqlarının qiymətləri isə kəskin bahalaşıb.
Telekanalın məlumatına görə, son vaxtlara qədər Floridada bir çox yanacaqdoldurma məntəqələri bağlı qalıb və sakinlər yanacaq tapmaqda çətinliklərlə üzləşiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.