İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin məhkəməsi ilə bağlı hüquqi proseslər tam həyata keçirilənə qədər bu məsələyə nəzarət edəcəklərini bəyan edib.
“Report”un İran prezidentinin saytına istinadən verdiyi xəbərə görə, o, bunu Azərbaycan baş nazirinin müavini Şahın Mustafayevlə görüşdə bildirib.
Məlumata görə, Şahin Mustafayev İran İslam Respublikası ilə əlaqələri genişləndirməyə hazır olduqlarını bəyan edərək deyib:
“İranla əlaqələri daha da genişləndirmək istəyirik. Biz iqtisadiyyat, ticarət, enerji mübadiləsi xətləri, mədəniyyət, tranzit, ümumi yol və dəmir yollarının tamamlanması, inkişafı, təhlükəsizlik və müdafiə sahələrində İranla əlaqələrimizə böyük əhəmiyyət veririk”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.