AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan rus dilində təşəkkür etdi

  • + A
  • - A
  • Bu gün, 16:24

    Ərdoğan rus dilində təşəkkür etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edib.

    Ərdoğan iclasda çıxışının sonunda auditoriyaya müraciət edərək rus dilində təşəkkür edib.

    Belə ki, o, çıxışını “Spasibo” (Sağ olun) deyərək tamamlayıb. Bununla da, Türkiyə lideri sammitdə iştirakını başa vurub. 

    Onun, həmçinin Kazan aeroportuna yollandığı da qeyd olunub.

    Xatırladaq ki, “Yeni Şafak” qəzeti Ərdoğanın dünən Ankarada baş verən terror hücumuna görə Kazana səfərini vaxtından əvvəl tamamlayacağını yazmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR