FETÖ terror təşkilatının dəfn olunan lideri Fətullah Gülənin 40 ildir ən yaxın silahdaşlarından biri olan və 2012-ci ildə təşkilatdan ayrılan Lətif Ərdoğan bildirib ki, Gülən rəsmən elan olunduğu kimi oktyabrın 20-də deyil, bu ilin 29 mayında dünyasını dəyişib.
Ərdoğan FETÖ liderinin ölümünün gizlədilməsini belə izah edib:
"Fətullah Gülən mayın 29-da vəfat edib. Bu, təkcə mənim təxminim deyil, mən faktlara əsaslanaraq danışıram. Təşkilatın parçalanmasının qarşısını almaq üçün FETÖ liderinin ölümünü 5 ay gizlətdilər".
O, Gülənin iddia edildiyi kimi Pensilvaniyadakı malikanəsində dəfn edilmədiyini də bildirib.
“Onların yas mərasimi adlandırdıqları şey əslində bir ritual idi. Qəti şəkildə bildirirəm ki, Gülənin cənazəsi onun dəfn edildiyi deyilən yerdə deyil. Boş tabutu basdırdılar”, - deyə Lətif Ərdoğan əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.