Gürcüstan prezidenti Salome Zurabişvili dindirilmək üçün məhkəməyə getməsə, bu, onun seçki pozuntuları ilə bağlı yalan ifadələr verdiyinin ən bariz sübutu olacaq.
Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Qeyd edək ki, Zurabişvili dindirilmək üçün prokurorluğa çağırılıb. Buna səbəb onun 26 oktyabr parlament seçkilərində saxtakarlıqlarla bağlı açıqlamalarıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.