İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani Türkiyədə səfərdədir.
Azadmedia.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir qəbul edib.
Görüşdə Türkiyə-İraq arasındakı ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər də müzakirə edilib.
Ərdoğan başda İnkişaf Yolu layihəsi olmaqla tarixi köklərə malik Türkiyə-İraq əlaqələrinin inkişaf etdirilməsinin hər iki ölkə üçün saysız faydalarının olacağını və bunun üçün zəruri addımları qərarlılıqla atmağa davam edəcəklərini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.