AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Netflix”in Fransa filialının ofislərində axtarış APARILDI

  • + A
  • - A
  • 5-11-2024, 21:00

    “Netflix”in Fransa filialının ofislərində axtarış APARILDI

    Fransa prokurorluğu polisin korrupsiyaya qarşı mübarizə bölməsinin əməkdaşları ilə birlikdə ABŞ-ın “Netflix” şirkətinin Paris filialının ofislərində axtarış aparıb.

    “Marianne” nəşrinin məlumatına görə, iş vergi ödənişləri ilə bağlı dələduzluq faktı üzrə açılıb. Digər fransız mediasında “Netflix”in Amsterdam ofislərində də axtarışlar aparıldığına dair xəbərlər yayılıb. İstintaq ilkin mərhələdədir və cinayət işi başlanacağı anlamına gəlmir.

    Xatırladaq ki, “Netflix” film və seriallar istehsalı ilə məşğul olan böyük Amerika şirkətidir. 1997-ci ildə yaradılan kompaniyanın mənzil-qərargahı Kaliforniya ştatında yerləşir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR