AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya BCM-nin hakimini qiyabi həbs edib

  • + A
  • - A
  • 11-11-2024, 19:30

    Rusiya BCM-nin hakimini qiyabi həbs edib

    Moskvanın Basmannı Məhkəməsi əvvəllər Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi r Valeri Gerasimovun həbsinə order vermiş Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hakimi Haykel Ben Mahfudu qiyabi həbs edib.

    Bu barədə TASS məlumat yayıb.

    Agentliyin həmsöhbətinin sözlərinə görə, Mahfud Rusiya Federasiyası Cinayət Məcəlləsinin 301-ci maddəsinə əsasən həbs edilib.

    Bu maddə ilə cəza dörd ilədək müddətə məcburi əmək və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    BCM iyunun sonunda Şoyqu və Gerasimov haqqında həbs qərarı verib. Hər ikisi Ukraynaya hücumları idarə etməkdə günahlandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR