Çinin cənubundakı Quandun əyalətinin Çjuhay şəhərində bir idman mərkəzində avtomobilin bir qrup insanı vurması nəticəsində 35 nəfər ölüb, 43 nəfər yaralanıb. Kazinform xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Çjuhay şəhərinin ictimai təhlükəsizlik idarəsinin məlumatına görə, insident noyabrın 11-i axşam saatlarında idman kompleksinin ərazisində baş verib. Yolsuzluq avtomobili axşam saatlarında idman mərkəzinin ərazisində məşq edən bir qrup şəxsin üstünə çıxıb.
Avtomobilin toqquşması nəticəsində 35 nəfər ölüb, 43 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sürücü hadisə yerindən qaçmağa çalışsa da, polis tərəfindən saxlanılıb.
Şübhəli şəxs 62 yaşlı kişidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.