AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkənin prezidenti aclıq aksiyasına hazırlaşır

  • + A
  • - A
  • 31-10-2018, 10:47

    Bu ölkənin prezidenti aclıq aksiyasına hazırlaşır














    “Böyük Xalq Xuralı (parlament) özünü buraxdığını elan etməsə, aclığa başlayacaq, yaxud da fərdi qaydada piketə çıxacağam”.

    “Report” “Kommersant”a istinadən xəbər verir ki, bunu C1 dövlət telekanalının canlı efirində Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa bildirib.

    Dövlət başçısı parlament və hökumət tərəfindən onun tənqidlərinə laqeyd münasibətə, parlamentin özünü buraxmaq məsələsini müzakirə etmək təklifinə fikir verməməsinə hansı cavab addımları atacağı haqqında suala “Aclığa başlamaq. Görün nə günə qalmışıq” deyib.

    Xatırladaq ki, X.Battulqa müxalifətdəki Demokrat Partiyasını təmsil etdiyi halda, Böyük Xalq Xuralında üstünlük ta 1920-ci illərdən Monqolustan Xalq İnqilabçı Partiyası adı ilə hakimiyyətdə olan, 80-ci illərin demokratikləşmə dövründə isə Monqolustan Xalq Partiyasına çevrilən keçmiş komunistlərə məxsusdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR