AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Ukraynanı raket atəşinə tutdu: “Kinjal”, “İsgəndər”…

  • + A
  • - A
  • 17-11-2024, 16:00

    Rusiya Ukraynanı raket atəşinə tutdu: “Kinjal”, “İsgəndər”…

    Bu gün Rusiya Ukraynaya 120 raket və 90 dron buraxıb.

    Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

    “Ukraynanın bütün bölgələrinə kombinasiya edilmiş kütləvi zərbə endirilib. Bu gecə və səhər saatlarında Rusiya terrorçuları müxtəlif tipli, xüsusən də “Şahid” tipli dronlardan istifadə ediblər. Qanadlı, ballistik və aeroballistik raketlər: “Zirkon”lar, “İskəndər”lər, “Kinjal”lar. Ümumilikdə, təxminən 120 raket və 90 dron”, - Zelenski bildirib.

    Ukrayna lideri hava hücumundan müdafiə qüvvələrinin 140-dan çox hava hədəfini məhv etdiyini vurğulayıb:

    “Təəssüf ki, zərbələrdən və qalıqların düşməsindən obyektlərə ziyan dəyib”.

    Zelenski Nikolayevdə dron hücumu nəticəsində iki nəfərin öldüyünü, daha altı nəfərin, o cümlədən iki uşağın yaralandığını açıqlayıb.

    O, hava hücumunun dəf edilməsi zamanı Qərbin ötürdüyü F-16 qırıcılarının da iş başında olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR