AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransada "Asteriks"in aktyoruna 5 il həbs cəzası istəyiblər

  • + A
  • - A
  • Dünən, 23:26

    Fransada "Asteriks"in aktyoruna 5 il həbs cəzası istəyiblər

    Fransada "Asteriks"in aktyoruna 5 il həbs cəzası istəyiblər.
    BFMTV yazır ki, ittiham tərəfi 2023-cü ilin fevralında narkotikin təsiri altında yol qəzasının günahkarına çevrilən aktyor Pierre Palmada 5 il həbs cəzası istəyib.
    Telekanalın məlumatına görə, tamaşaçılara “Asteriks və Obeliks Sezara qarşı” filmindəki musiqiçi Conservatorix obrazı ilə tanınan Palmadın iştirakı ilə avtomobil qəzası 2023-cü il fevralın 10-da baş verib.
    Məhkəmədən əvvəl aktyor səmimi şəkildə zərərçəkmişlərdən bağışlanmasını istəyib. O, hadisədən sonra spirtli içki və narkotikdən istifadəni dayandırdığını vurğulayıb.

    “Pyer Palmada münasibətdə ittiham tərəfi 2023-cü ilin fevralında Sena və Marna departamentində baş vermiş, nəticədə 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzasına görə 3 il sınaq müddəti olmaqla 5 il həbs cəzası istəyib" - yerli jurnalistlər qeyd ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR