Ukraynanın birinci xanımı Yelena Zelenskaya övladlarının hazırda Kiyevdə yaşadıqlarını deyib.
Azadmedia.az xəbər verir ki, Zelenskaya bu barədə müsahibəsində bildirib.
Belə ki, o, uşaqlarının təhlükəsizliyinə görə, bütün təfərrüatı açıqlaya bilməyəcəyini deyib.
Həmçinin onun sözlərinə görə, mütəmadi olaraq işgüzar səfərlərə, o cümlədən xarici səfərlərə getsə də, övladları həmişə Kiyevdə qalır.
Zelenskaya bildirib ki, əri ilə ayrı yaşamağa davam etsələr də, bir-biri ilə görüşüb vaxt keçirə bilirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.