Kosmosa buraxılan ilk erməni peyki ilə bağlı cinayət işi başlanıb.
Bu barədə erməni KİV məlumat yayıb.
Məlumatı Ermənistanın Baş Prokurorluğu təsdiqləyib. Qurumdan konkret olaraq hansı maddə ilə cinayət işinin başlanması, təqsirləndirilən şəxslərin olub-olmaması barədə ətraflı məlumat verilmir.
Cinayət işi Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılır. Bu strukturdan da heç bir təfərrüat açıqlanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.