Xəbər verdiyimiz kimi, Gürcüstanın ABŞ-dəki səfiri Davit Zalkaliani və Niderland Krallığındakı səfiri David Solomonia istefa verib.
İstefalar bununla yekunlaşmayıb.
Belə ki, Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya, ölkənin Litvadakı səfiri Salome Şafakidze, Bolqarıstan və İtaliyadakı səfirləri Otar Berdzenişvili və İrakli Vekua da istefa veriblər.
Bununla da istefa verən səfirlərin sayı 5-ə çatıb.
Səfirlər Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırması barədə qərarını dəstəkləmirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.