“Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir neçə qurumunun nümayəndələri arasında görüş baş tutub”.
Bunu Ermənistan parlamentinin vitse-spikeri, ölkənin Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
Onun sözlərinə görə, görüş zamanı Ahurik-Akyaka dəmir yolunda sərhəd-keçid məntəqəsinin istifadəyə verilməsinə imkan verəcək texniki tələblər qiymətləndirilib:
“Görüş müsbət və konstruktiv mühitdə keçib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.