Kanada baş nazirinin müavini və maliyyə naziri Kristya Friland istefa verib.
Bu barədə o, "X"də bildirib.
O, baş nazir Castin Trüdoya sitəm dolu mesaj yazaraq qərarını açıqlayıb:
"Cümə günü siz mənə Nazirlər Kabinetində başqa bir vəzifə təklif edərək, mənim daha sizin maliyyə naziri olmağımı istəmədiyinizi söylədiniz. Mən Nazirlər Kabinetini tərk etmək qərarına gəldim".
Qərbi Ukrayna kökləri olan Friland barışmaz anti-Rusiya mövqeyi ilə tanınır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.