AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ali Rada sədrinin müavini: “Poroşenko qaçdı”

  • + A
  • - A
  • 27-11-2018, 09:45

    Ali Rada sədrinin müavini: “Poroşenko qaçdı”















    Ukrayna prezidenti Pyotr Poroşenko Ali Rada deputatları qarşısında çıxışını ləğv edib və parlament binasını tərk edib.

    Bunu “Ukrainskaya pravda” nəşrinə Pyotr Poroşenko Bloku fraksiyasının üzvləri deyiblər.

    Bildirilir ki, Poroşenko çıxış etmək üçün bir saat gözləyib. Lakin Radikal Partiyası fraksiyasının lideri Oleq Lyaşko və “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko buna imkan verməyiblər. Bu üzdən də Poroşenko parlament binasını tərk edib və “Facebook”la müraciət edib.

    Ali Rada sədrinin müavini Oksana Sıroid isə prezident Poroşenkonun qaçdığını bildirib.

    “O, fraksiya sədrləri ilə danışmağa ehtiyac görmədi və sadəcə ünsiyyətdən qaçdı”, – deyə Sıroid qeyd edib. (Oxu.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR