Vanqanın 2019-cu il öncəgörmələri — Putin sui-qəsdə məruz qalacaq, Tramp xəstələnəcək
Balkan yarımadasının Nostradamusu kimi tanınan və bir çox öncəgörməsi reallığa çevrilən Vanqanın 2019-cu il üçün öncəgörmələri üzə çıxıb.
Bu günə qədər də Vanqanın bəzi öncəgörmələri reallığa çevrilib. Məsələn, 11 sentyabr hücumları, Breksit kimi öncəgörmələri nəzərdən keçirən mütəxəssislər Rusiya prezidenti Vladimir Putinin sui-qəsdə məruz qalacağını iddia ediblər.
“İki polad quş ABŞ-a hücum edəcək, çox qan töküləcək” sözləri 11 sentyabra aid idi. Vanqaya görə, 2019-cu il çox çətin keçəcək.
20 il əvvəl dünyasını dəyişən Vanqanın öncəgörmələrinə əsasən, Avropada iqtisadiyyat növbəti 12 ay ərzində çökəcək.
Vanqanın iddiasına görə, Putin mühafizə xidmətindən olan bir nəfərin hücumuna məruz qalacaq. Amma Rusiya prezidentinin bu hücumdan sonra sağ qalıb-qalmayacağı barədə açıqlama verilməyib. Vanqa qeyd edib ki, 2004-cü ildə Hind okeanında baş verən zəlzələ və sunamidə 230 mindən çox insanın öldüyü təbii fəlakətin eynisinin Asiyada da yaşanacaq.
“Donald Tramp xəstələnəcək, qulaqları eşitməyəcək və beyin travması keçirəcək” deyə Vanqanın öncəgörməsi var.
Qeyd edək ki, Vangeliya Quşterova Bolqarıstanda anadan olub və 1996-cı ildə 85 yaşında dünyasını dəyişib. Gözləri görməyən Vanqa İŞİD terror qruplaşması barədə də əvvəlcədən məlumat vermişdi.