AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Starmer: "Rusiya atəşkəsi əngəlləyir"

  • + A
  • - A
  • 15-05-2025, 22:34

    Starmer: "Rusiya atəşkəsi əngəlləyir"

    Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiya Prezidenti Vladimir Putini Rusiya və Ukrayna arasında atəşkəsi “əngəlləməkdə” ittiham edib.
    “The Guardian” yazır ki, bunu Starmer Putinin Türkiyədə sülh danışıqları üçün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina etməsi ilə əsaslandırıb.

    “Bu gün baş verənlər, Putinin vaxt uzatdığının daha bir sübutudur. Məhz Putin atəşkəsin gecikməsinin səbəbkarıdır. Ukrayna çoxdan, bir neçə ay əvvəl, 30 günlük şərtsiz atəşkəs istədiyini aydın şəkildə bəyan edib və biz çoxdan deyirik ki, məhz Putin bu sülhə gedən yolda dayanıb”, – Baş nazir bildirib.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR