AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail əməkdaşlarının öldürülməsi gərginliyi artırıb

  • + A
  • - A
  • 22-05-2025, 12:53

    İsrail əməkdaşlarının öldürülməsi gərginliyi artırıb

    İsrailin Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin 2 əməkdaşı güllənərək öldürülüb.
    Hadisə paytaxt Vaşqintonda yəhudi muzeyi yaxınlığında baş verib.
    Sözügedən şəxslərin cütlük olduğu bildirilir.
    Onlar muzeydən çıxdıqdan sonra hücuma məruz qalıblar.
    Kişi və qadın muzeydə qəzzalılara yardım etmək üçün fəaliyyətə dair tədbirdə iştirak ediblər.
    Qətli törətməkdə şübhəli bilinən 30 yaşlı Elias Rodriges adlı şəxs həbs olunub.
    O, həbs olunduqdan sonra “Azad Fələstin” şüarı səsləndirib.
    Şəxsin terror təşkilatı ilə əlaqəli olub-olmadığı araşdırılır.
    İsrailin xarici işlər naziri Gideon Saar isə artıq hadisəni terror aktı adlandırıb.
    Birləşmiş Ştatlar prezidenti Donald Tramp da hücumun kədərli hadisə olduğunu və anti-semitik ruhda törədildiyini deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR