AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşa Belarusla bağlı qərar verib

  • + A
  • - A
  • 22-05-2025, 21:22

    Polşa Belarusla bağlı qərar verib

    Polşa Belarusla sərhəddə daha bir elektron hasar çəkəcək
    Polşanın Lyublin voyevodalığında, Belarusla sərhədin su hissəsində elektron maneə tikilir.

    Bu barədə Polşa KİV-i məlumat yayıb. Ölkənin daxili işlər və administrasiya naziri Tomaş Semonyak bildirib.

    “Polşa-Belarus sərhədində, Lyublin voyevodalığında, sərhəddə yerləşən Buq çayı üzərində elektron maneənin qurulması üzrə işlər aparılır. Elektron təhlükəsizlik divarı iyulun 20-dək tam hazır olacaq. Bu, sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün son dərəcə vacib vasitədir”, - qurum rəhbəri deyib.

    Bildirilir ki, hasara kameralı 1,8 minə yaxın dirək, 4,5 min gecə-gündüz və termal müşahidə kameraları, habelə obyektlərin müxtəlif fiziki xüsusiyyətlərini aşkar edən xüsusi sensorlar daxildir.

    Xatırladaq ki, bu ilin mart ayında Polşa Sərhəd Xidməti Podlyaske voyevodalığının (Belarusun Qrodno və Brest vilayətləri ilə həmsərhəddir – red.) sərhədyanı Svisloç və İstoçyanka çaylarında tikilmiş elektron maneəni istismara qəbul edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR