AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ tələbələrə viza verilməsini dayandırıb

  • + A
  • - A
  • 28-05-2025, 15:20

    ABŞ tələbələrə viza verilməsini dayandırıb

    Amerika Birləşmiş Ştatları rəhbərliyi ölkənin bütün xarici səfirliklərinə Amerikaya gələn tələbələrə viza verilişini dayandırmağı əmr verib.
    Dövlət katibi Marko Rubio bildirib ki, bu barədə qərar növbəti müvafiq təlimata qədər qüvvədə qalacaq.
    Prezident Donald Tramp son dövrlərdə ölkənin bir sıra elit universitetlərini anti-semitizmdə ittiham edir.
    Xüsusilə, Harvard universitetinin fəaliyyəti Trampın qəzəbinə tuş gəlib.
    Bu universitetinin tələbə kontingentinin 1/4 –indən çoxu xarici tələbədir.
    Onlar Trampa qarşı etiraz aksiyalarına başlayıblar.
    Ağ Ev administrasiyası tələbələri ölkəyə buraxmadan əvvəl onların sosial mediya paylaşımlarına qədər araşdırma aparmağı tələb edir.
    Anti-semitik paylaşımlar edən heç bir tələbəyə viza verilməyəcəyi bildirilir.
    Digər tərəfdən elit universitetlərin əksəriyyətinin əsas maliyyə mənbəyi məhz xarici tələbələr hesab olunur.
    Tramp sözügedən universitetlərin maliyyələşməsini də dayandırıb.
    Lakin məhkəmələr əksər hallarda bu barədə qərarı bloklayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR