AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

HƏMAS-la atəşkəsin olacağı gözlənilir

  • + A
  • - A
  • 29-05-2025, 12:18

    HƏMAS-la atəşkəsin olacağı gözlənilir

    Amerika Birləşmiş Ştatlarının Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkof HƏMAS-la atəşkəsə dair danışıqlarda nailiyyət əldə olunduğuna işarə verib.

    O, bu barədə sənədlərin artıq hazır olduğunu və prezident Donald Trampa təqdim edildiyini bildirib.

    “Prezidentin şərtləri nəzərdən keçirəcəyi gözlənilir, hiss edirəm ki, münaqişənin uzunmüddətli həllinə nail - müvəqqəti atəşkəs və sülh qətnaməsinə nail olacağıq” – deyə Uitkof vurğulayıb.
    Eyni zamanda, HƏMAS da ilkin razılaşmanın əldə olunudğunu və qarşı tərəfdən yekun qərar gözlədiklərini təsdiqləyib.
    İsrail rəsmiləri isə HƏMAS-ın bu cür bəyanatlar səsləndirməklə psixoloji müharibə aparmağa çalışdığını və bu qruplaşmanın indiyə qədər misli görülməmiş həddə təzyiq altında olduğunu bildiriblər.

    Xatırladaq ki, İsrail ötən gün HƏMAS-ın rəhbəri Məhəmməd Sinvarın öldürüldüyünü elan edib.
    Yeni razılaşma təklifində HƏMAS-ın 2 il əvvəl İsrailə hücum edərək girov götürdüyü şəxslərin yarısını qaytarması nəzərdə tutur.

    Daha sonra tərəflər uzunmüddətli atəşkəs razılaşması üçün danışıqlara gedəcəklər.
    HƏMAS hazırda 23 israillini girov saxlayır.
    İsrailin Qəzzaya ərzaq idxalına imkan verməsinə baxmayaraq müşahidəçilər qıtlıqla bağlı vəziyyətin pis olduğunu bildiriblər.
    İnsanlar idxal olunan ərzaqların paylaşım mərkəzlərini – anbarları talayıblar.

    Xaos 2 nəfərin ölümü, bir neçə nəfərin xəsarət almasına səbəb olub.
    İsrail ilə HƏMAS arasında müharibənin fəal mərhələsi HƏMAS-ın 2 il əvvəl İsrailə hücum edərək 1200-ə yaxın şəxsi öldürməsindən sonra başlayıb.

    Daha sonra İsrailin Qəzzanı indiyə kimi bombalaması nəticəsində ölənlərin sayı 53 mini ötüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR