Silahlı şəxs insanlara hücum edib
Amerikanın Kolorado ştatı Boulder şəhərində Məhəmməd Sabri adlı şəxs molotov kokteyli ilə insanlara hücum edib.
Hadisə nəticəsində 8 nəfərin xəsarət aldığı bildirilir.
Polis şəxsi həbs edib.
Onun 45 yaşında əslən Misirdən olduğu müəyyən olunub.
Məlumata görə, hadisə HƏMAS-ın əlində girov olan İsrailli girovlara dəstək aksiyası zamanı baş verib.
Federal Təhqiqatlar Bürosu əməlin terror aktı olduğundan şübhə edir.
O, hücum edən zaman Azad Fələstin şüarı səsləndirib.
İsrailin xarici işlə naziri hücumun anti-semitik zəmində törədildiyini deyib.
Məhəmməd Sabrinin viza müddətinin 2 il əvvəl bitdiyi qeyd olunur.