Rusiya-Ukrayna danışıqları gözlənilir
Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna rəhbərlikləri arasında atəşkəs və sülhə dair birbaşa danışıqların ikinci mərhələsi gözlənilir.
Hər iki tərəf İstanbula diplomatik heyət göndərib.
Ukrayna prezidenti Volodimir Zelenski birbaşa Vladimir Putinin özü ilə görüşmək istədiyini bildirsə də, qarşı tərəf buna getmir.
Zelenski deyib ki, Moskva görüşlərin məhsuldar olmaması üçün əlindən gələni edir.
Xatırladaq ki, əvvəlki İstanbul görüşündə tərəflər təkcə əsir mübadiləsinə dair razılığa gəliblər.
Ötən gün Ukrayna hərbi qüvvələri Rusiyanın hava bazalarına hücum edib.
100-dən çox dronla edilən hücum zamanı 13 Rusiya təyyarəsi vurulub.
Zelenski bu hücumla bağlı reaksiyasında “biz hər şeyi edirik ki, Rusiya müharibənin dayandırılmasına ehtiyac olduğunu anlasın. Bu müharibəni Rusiya başladıb, o da dayandırmalıdır” – deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, Rusiya atəşkəs və sülhə dair razılaşma prosesini uzatdıqca ona qarşı beynəlxalq təzyiqlər də artırır.
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə müharibə ilə bağlı mövqeyini aydınlaşdırması üçün 2 həftə vaxt verib.
O, Rusiya atəşkəsə getməyəcəyi təqdirdə Moskvaya ilə bağlı fərqli qərar qəbul edəcəklərini dilə gətirib.
Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı genişmiqyaslı yerüstü və havadan hərbi hərəkat başladıb, indiyə qədər Ukraynanın 20 faiz ərazilərinə nəzarəti ələ keçirib.