AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

C.Koreyada seçkilər olub

  • + A
  • - A
  • 3-06-2025, 16:43

    C.Koreyada seçkilər olub


    Cənubi Koreyada prezident seçkiləri start götürüb.
    Dövlət başçısı vəzifəsi uğrunda mübarizə, əsasən, hazırkı iqtidar Xalq İqtidarı Partiyasından Kim Munsu və müxalif Demokratik Partiyadan Li Cemyon arasında gedir.
    Rəy sorğusu Li Cemyonun seçkidə qalib gəlmək şansının daha çox olduğunu göstərib.
    O sorğuda 50 faiz səs toplayıb.
    Kim Munsuya isə 30 faiz sorğu iştirakçısı səs verib.
    Li Cemyon 2022-ci ildə keçirilən seçkilərdə Yun Sok Yolun əsas rəqibi idi.
    O, Yun Sok Yola 0.73 faiz səs fərqi ilə məğlub olub.
    Koreada hazırda siyasi gündəmdə qütbləşmiş cəmiyyət, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın tətbiq etdiyi tariflərlə əlaqədar yaranmış biznes narahatlığı məsələləri yer alır.
    Bundan başqa, Trampın proqnozlaşdırılması mümkün olmayan xarakteri də Seul üçün narahatlıq doğurur.
    Qeyd edək ki, Cənubi Koreyada 44 milyona yaxın seçici var.
    Onların 34.74 faizi artıq ilkin səsvermə mərhələsində səsvermə hüququndan istifadə edib.
    Əvvəlki prezident Yun Sok Yol ona qarşı elan edilən impiçmentdən sonra parlament və konstitusiya məhkəməsinin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.
    Yun Sok Yol əsassız yerə ölkədə hərbi rejim elan etməkdə təqsirli bilinib.
    O hərbi rejim haqqında qərarını Şimali Koreya tərəfindən dövlət əleyhinə olan təhdidlərlə izah etsə də, müəyyən edilib ki, Yun Sok Yol, əslində, özünə qarşı siyasi problemləri həll etmək üçün bu cür addım atıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR