AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Malidə hərbi gücünü artırır

  • + A
  • - A
  • 10-06-2025, 14:48

    Rusiya Malidə hərbi gücünü artırır

    Rusiya Qərbi Afrika regionunda hərbi gücünü artır.
    31 mayda Malinin paytaxtı Bomakoya Rusiyanın ağır hərbi texnikasının və yüksək texnologiyalı silahlarının daşındığı müşahidə olunub.
    Silahlar Rusiyanın Sahil regionunda əsas tərəfdaşlarından biri olan Qvineyanın paytaxt Konakri limanı vasitəsi ilə Maliyə gətirilib.
    Ekspertlər Rusiyanın karqo gəmilərindən istifadə edərək Qərbi Afrikaya silah göndərdiyini, bunun Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara zidd olduğunu bildiriblər.
    Qeyd edək ki, Malidə son 10 ildir ki, hərbi çevriliş olduqdan sonra siyasi böhran yaşanır.
    Mali rəhbərliyi daha əvvəl Fransanın buradakı qoşunlarını çıxarıb.
    Fransa qoşunları, eyni zamanda, Burkina Faso və Nigeri tərk edib.
    Ekspertlər Rusiyanın Malidəki fəaliyyətini Fransa qüvvələrinin bu ölkəni tərk etməsindən sonra yaranan boşluğu doldurması kimi şərh edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR