Etiraz aksiyalarına Texas da qoşulub
Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın mühacirlərin kütləvi şəkildə deportasiya edilməsi planına qarşı keçirilən etiraz aksiyalarına Texas qoşulub.
Dallas və Ostin şəhərlərində etirazçılar yolları kəsiblər.
Təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə edib. Həbs olunanlar var.
Etiraz aksiyaları Kaliforniya ştatı Los-Anceles əyalətində başlayıb.
Los-Ancelesdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yaşanıb.
Etirazçılar kütləvi zorakılıq törədib, avtomobilləri yandırıblar, mühacirlərin saxlanılma mərkəzi qarşısında polisə daş və yanan maddələr atıblar.
Qeyd edək ki, Birləşmiş Ştatlar rəhbərliyi qanunsuz mühacirlərin ölkədən çıxarılması planını ciddi şəkildə icra edir.
Miqrasiya və Gömrük İcra qurumu rəsmiləri şəhərdə 40-dan çox qanunsuz məskunlaşan şəxsi həbs edib.
Etirazçılar saxlanılan mühacirlərin sərbəst buraxılmasını tələb ediblər.
Donald Tramp bir sıra ölkələrdən, müəyyən istisna halları nəzərə almaqla, mühacirlərin Amerika Birləşmiş Ştatlarına gəlişinə qadağa qoyub.
O, aksiyaları yatırmaq üçün Los-Ancelesə 4000-ə yaxın milli qvardiya qoşunları və dəniz qüvvələrini göndərib.
Kaliforniya qubernatoru Qevin Nyusom Trampın bu barədə qərarlarını qanunsuz və əsassız adlandırıb.
O, Trampa qarşı hüquq proses başladacaqlarını deyib, onun addımlarını diktator davranışları adlandırıb.