İRAN BEER-ŞEVAYA RAKET ZƏRBƏSİ ENDİRİB
İran hərbi qüvvələri İsrailin Beer-Şeva şəhərinə raket zərbəsi endirib.
İsrail mediası İranın “Soroka” xəstəxanasını hədəfə aldığını, zərbə nəticəsində 65 nəfərin yaralandığını bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu Tehranın buna görə cavab verəcəyini deyib.
İsrail isə növbəti dəfə İrandakı nüvə təsisatlarını vurub.
Xüsusilə, Nətənz və fəal olmayan Arak ağır su reaktoruna qarşı əməliyyatlar keçirilib.
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp İrana hücum planını təsdiqləyib.
O, daha əvvəl öz ölkəsinin də İsrail ilə birgə əməliyyatlara qoşula biləcəyinə dair xəbərdarlıq edib.
İsrail ilə İran arasında artıq bir həftədir ki, raket atışmaları müşahidə olunur.
Münaqişə İsrailin İranda xüsusi əməliyyatlarla yüksək rütbəli şəxsləri, o cümlədən, nüvə fizikası alimlərini öldürməsi və nüvə təsisatlarını vurmasından sonra fəal mərhələyə keçib.
İsrail İrana hücum etməsinə səbəblərdən biri kimi bu ölkənin nüvə silahlına sahib olmaq planlarını göstərir.
Rəsmi Tehran isə bu arqumenti əsassız adlandırır. İran hökuməti nüvə proqramı məsələsində onlar üçün diplomatiyanın prioritet təşkil etdiyini, lakin Netanyahunun bu prosesi pozduğunu deyib. İran danışıqları bərpa etmək üçün qeyd-şərtsiz atəşkəs tələb edir.