Peskov: Rusiya-ABŞ münasibətlərindəki problemli məsələləri aradan qaldırmaq mümkün olmayıb
Rusiya və ABŞ arasında münasibətlərdəki bütün problemli məsələləri aradan qaldırmaq hələ mümkün olmayıb.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya"ya müsahibəsində bildirib.
"Problemli məsələləri üzərində iş yenicə başlayıb. Problemlər o qədər çoxdur ki, onlardan bir anda xilas olmaq mümkün deyil", - o qeyd edib.
D.Peskov vurğulayıb ki, iki ölkə liderinin görüşü bu işin yekunları üzrə baş tutmalıdır.