AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Haaqada NATO və artan hərbi xərclərə qarşı etiraz aksiyası keçirilib

  • + A
  • - A
  • 23-06-2025, 11:52

    Haaqada NATO və artan hərbi xərclərə qarşı etiraz aksiyası keçirilib


    İran, İsrail və ABŞ arasında artan hərbi qarşıdurma fonunda Niderlandın Haaqa şəhərində yüzlərlə insan NATO-ya və artan hərbi xərclərə qarşı etiraz edib. Etirazlar qarşıdan gələn NATO sammiti ərəfəsində baş tutub.

    Bazar günü keçirilən aksiyada iştirakçılar həmçinin İsrailin Qəzzadakı hərbi əməliyyatlarını, eləcə də İsrail-İran qarşıdurmasını pisləyiblər. Etirazlar ABŞ-ın İranın üç nüvə obyektini hədəfə aldığı ani və eskalasiyaya səbəb olan hücumundan bir neçə saat sonra baş verib.

    Nümayişçilər NATO-nun bölgədəki münaqişələri dərinləşdirdiyini və hərbi xərclərin artırılmasının əvəzinə diplomatik və humanitar yollara üstünlük verilməli olduğunu bildiriblər.

    Etiraz zamanı təhlükəsizlik qüvvələri ərazidə gücləndirilmiş tədbirlər görsə də, aksiyanın dinc keçdiyi bildirilir.

    Bu arada, Reuters agentliyi xəbər verir ki, adı açıqlanmayan bir NATO rəsmisi ABŞ-ın hücumundan sonra yaranmış vəziyyəti "yaxından izlədiklərini" bildirib.

    NATO-nun 32 üzv ölkəsinin dövlət və hökumət başçılarının çərşənbə günü görüşəcəyi sammit çərçivəsində müdafiə xərclərinin artırılması məsələsi əsas müzakirə mövzularından biri olacaq. Bu, ABŞ prezidenti Donald Trampın dəfələrlə irəli sürdüyü və dolayısı ilə alyansdan çıxmaqla hədələdiyi tələblərdən biridir.

    İspaniya baş naziri Pedro Sançes isə cümə axşamı ölkəsinin müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılması barədə təklifə etiraz edərək, bunu “məntiqsiz və zərərli” adlandırıb. Tramp isə ertəsi gün cavab olaraq Madridi "müdafiəyə kifayət qədər pul ayırmaması ilə tanınan" ölkə kimi qınayıb və İspaniyanın digər NATO üzvləri kimi öhdəliklərini yerinə yetirməli olduğunu bildirib.

    Qeyd edək ki, Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi müdaxilədən sonra NATO ölkələri müdafiə xərclərini artırmağa başlayıb. Lakin alyansın müəyyən etdiyi ÜMUM DAXİLİ MƏHSUL-in ən azı 2 faizi səviyyəsində müdafiə xərci hələ də üzv ölkələrin təxminən üçdə biri tərəfindən yerinə yetirilmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR