AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İRAN BAEA İLƏ ƏMƏKDAŞLIĞI DAYANDIRIB

  • + A
  • - A
  • 3-07-2025, 07:42

    İRAN BAEA İLƏ ƏMƏKDAŞLIĞI DAYANDIRIB


    İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırıb.
    İran mediyası bu barədə prezident Məsud Pezeşkianın sərəncam verdiyini bildirib.

    Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi sonuncu dəfə aprel ayında İranda səfərdə olub, xarici işlər naziri Abbas Araqçi ilə görüşüb.

    Tərəflər Tehranın nüvə proqramına dair məsələləri müzakirə ediblər.
    Qurumun İranda fəaliyyəti əsasən nüvə təsisatlarının fəaliyyətini izləməkdən ibarət idi.

    Agentliklə əlaqələrin dayandırılmasına dair daha əvvəl İran parlamenti də qanun qəbul edib.
    İran rəhbərliyi İsrail və Amerika Birləşmiş Ştatlarının İrandakı nüvə təsisatlarına aviazərbələr endirməsindən sonra belə bir addım atıb.
    İranla İsrail arasında müharibə nəticəsində İranda 900-dən çox şəxs həlak olub, İsraildə isə 28 nəfər ölüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR