AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

V.ZELENSKİ DANİMARKAYA SƏFƏR EDİB

  • + A
  • - A
  • 3-07-2025, 16:33

    V.ZELENSKİ DANİMARKAYA SƏFƏR EDİB

    Ukrayna prezidenti Volodimir Zelenski Danimarkaya səfər edib.
    Zelenskinin Danimarkanın baş naziri Mette Frederiksen və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə görüşü gözlənilir.

    Kopenhagendə əsas gündəmi Rusiya ilə müharibə məsələləri, o cümlədən, müdafiə sənayesində əməkdaşlıq və Rusiyaya qarşı yeni sanksiyalar təşkil edir.
    Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Ukraynaya bir sıra silahların ixracını dayandırması Ukraynada narahatlığa səbəb olub.

    Frederiksen daha əvvəl bir bəyanatında “Ukrayna Avropa İttifaqına aiddir, həm Danimarkanın, həm də Avropanın marağındadır. Ona görə Danimarka Ukraynanın Avropa İttifaqına üzvlüyü yolunda ona kömək etmək üçün əlindən gələni edəcək” deyib.

    Ukraynanın Avropa İttifaqına üzvlüyünə mane olan ölkələrdən biri Macarıstandır.
    Macarıstanın baş naziri Viktor Orban təkid edir ki, Ukrayna Rusiya ilə NATO arasında bufer zona olaraq qalmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR