AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KRİTDƏ MEŞƏ YANĞINLARI NƏZARƏTDƏN ÇIXIB

  • + A
  • - A
  • 3-07-2025, 16:35

    KRİTDƏ MEŞƏ YANĞINLARI NƏZARƏTDƏN ÇIXIB

    Yunanıstanın Krit adasında müşahidə olunan meşə yanğınları nəzarətdən çıxıb.
    Rəsmilər güclü küləklə əlaqədar alovun sürətlə yayıldığına dair xəbərdarlıq ediblər.

    Yanğının irəlilədiyi istiqamətdə yerləşən otel və evlərdən 1500-dən çox şəxs təxliyə olunub.
    Hazırda çox sayda fövqəladə hallar xidməti əməkdaşı yanğını söndürməyə çalışır.

    Ötən gecə ada sakinləri arasında tənəffüs çatışmazlığından əziyyət çəkən insanlar olub.

    Onlara tibbi yardım göstərilib.

    Yunanıstanda sonuncu dəfə irimiqyaslı və nəzarəti mümkün olmayan meşə yanğını 2018-ci ildə Mati qəsəbəsində baş verib.
    Hadisə nəticəsində 100-dən çox şəxs insan ölüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR